AZ

Vardanyan Ermənistanın baş naziri təyin olunacaqmış

"Ruben Vardanyanın Qarabağa niyə göndərildiyini bilmirik, amma dövlətin təhlükəsizlik məsələləri ilə məşğul olan aparatı var və bu suallara cavab verməlidir"."DogruXeber.az" xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan açıqlayıb. Onun sözlərinə görə, Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması təsadefi olmayıb: "Onun Qarabağa getməsi və əsirlikdə qalması, daha sonra Rusiyanın bu məsələdə fəaliyyət göstərməməsi təsadüfi deyil.Rusiya düşünürdü ki, Vardanyan Rusiya vətəndaşlığından imtina edəcək və nə vaxt əsirlikdə olsa, Rusiya Federasiyasını buna görə sorğu-sual etməsinlər, desinlər ki, sizin ölkənin vətəndaşıdır. İnanıram ki, bu, sadə ssenari idi və ona görə də Maria Zaxarovalar indi buna görə Ermənistan hakimiyyətini ittiham edə bilirlər.Ruben Vardanyanın Qarabağda əsir düşməsi əbəs deyil və Zatulinin daim onun üçün dua etməsi, reklam etməsi də səbəbsiz deyil. Mənə elə gəlir ki, bu, ssenarilərdən biridir. Təbii ki, biz 100% əminliklə heç nə deyə bilmərik, bu gün hətta Rusiya nə edəcəyini bilmir, çünki onun Cənubi Qafqazdakı fəaliyyəti Ukraynadakı vəziyyətdən asılıdır".Politoloqun sözlərinə görə, Ruben Vardanyanı Ermənistanın baş naziri təyin etmək qərarına gəliblər: "İndi isə Vardanyan burada nə Artsax qəhrəmanı, nə də daha çox Ermənistanın gələcək baş naziri kimi qəbul edilmir".

Seçilən
46
1
dogruxeber.az

2Mənbələr