"Fənərbağça"nın baş məşqçisi komandanın heyətindəki iki önəmli oyunçunun transferi ilə bağlı mövqe bildirib.
Offsideplus.az xəbər verir ki, Mourinyo polşalı futbolçu Şimanski üçün "Napoli", "Valensiya" və "Fiorentina"dan gələn 15 milyon avroluq təkliflər rədd edib. Eyni zamanda o, 30 yaşlı müdafiəçi Djiku üçün də oxşar qərar verib.
Bu qərarlar, İstanbul təmsilçisinin çalışdırıcısının komandasını güclü saxlamağa yönəlmiş strateji yanaşmasını əks etdirir.