AZ

Putin Zatulinin və zatulin kimilərin susdurulmasında yox, danışmasında maraqlıdır

Rusiya parlamentinin qatı ermənipərəst deputatı Konstantin Zatulinin ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində darmadağın edilən qondarma “dqr”in qondarma “müstəqillik günü” münasibəti ilə sentyabrın 2-də ermənilərə “təbrik” videomüraciəti ünvanlamasının əsas günahını Putində axtarmaq lazımdır.

Çünki Zatulin birinci dəfə deyil ki, erməni "dəyirmanına su tökür" və Azərbaycana qarşı hürür.

Lakin Putin isə onu susdurmaq, cəzalandırmaq üçün heç bir addım atmır. Çünki Putin Zatulinin və zatulin kimilərin susdurulmasında yox, danışmasında maraqlıdır. Bu da bir siyasi taktikadır.

Bir

Kreml bu cür sadiq köpəklərinin bəyanatları vasitəsilə Azərbaycanı və digər MDB dövlətlərini daim psixoloji pressinq altında saxlamağa çalışır.

Rusiyanın zatulinlərin ağzıyla öz müttəfiqlərinə qarşı təzyiq göstərməsi artıq ənənəvi hal alıb. Şimal qonşumuzun müttəfiqlik anlayışı da yürütdüyü siyasət kimi qüsurludur.

Bəybala Mirzəyev

visiontv.az

 



Seçilən
67
visiontv.az

1Mənbələr