Azərbaycan basketbolunun köklü klublarından olan "NTD" yenidən Bakını təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, komanda Bakıya köçüb və bu mövsümdən "NTD Baku" adı ilə çıxış edəcək. Tahir Baxşıyev baş məşqçi postunda işini davam etdirəcək. Həmçinin, klubun yeni loqosu da təqdim olunub.

Qeyd edək ki, komanda daha öncə Xaçmazı təmsil edirdi və NTD-İNDİGO adlanırdı.