Metronun "20 Yanvar" stansiyasının keçidi acınacaqlı durumdadır.
Axar.az xəbər verir ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən ərazidəki bütün mağazalar bağlanıb. Alış-veriş tamamilə dayandırılıb. Mağazalar fəaliyyət göstərdiyi vaxtı həmişə təmiz və səliqəli olar ərazi hazırda zibilxanaya çevrilib.
Videodan göründüyü kimi, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır, stansiyanın keçidində antisanitariya hökm sürür.