AZ

KİV: Durov Rusiya və BƏƏ-nin diplomatik yardımından imtina edib

Teleqramın təsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.“Sözügedən şəxs Rusiya tərəfindən konsulluq müdafiəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin ziyarətindən imtina edib, lakin BƏƏ səfirliyini vəziyyətdən xəbərdar etməyə razılaşıb”, – məlumatda bildirilib.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Parisdəki rusiyalı diplomatlar P.Durovun saxlanması ilə bağlı vəziyyətdə lazım olan hər şeyi ediblər.Havar Şəfiyeva

Seçilən
91
6
elchi.az

7Mənbələr