AZ

Xankəndi, Ağdərə və Xocalıda daşınmaz və daşınar əmlakların qiymətləndirilməsinə başlanılır

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında daşınmaz və daşınar əmlakların qiymətləndirilməsinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara start verib.

40 ədəd fərdi yaşayış evinin, 20 ədəd qeyri yaşayış sahəsinin, 20 ədəd yaşayış binasının, 10 ədəd yarımçıq tikilinin, eləcə də 500 ədəd daşınar əmlakın qiymətləndirilməsi işləri aparılacaq.

Tikililər onların planı (tikinti altı, ümumi, əsas və köməkçi sahələri müəyyən etməklə) tərtib edilməklə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən qiymətləndiriləcək.

Onların fotoşəkilləri çəkiləcək, əmlakın monitorinqi keçiriləcək və bazar dəyəri müəyyən ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
iqtisadiyyat.az

1Mənbələr