Teatrşünas, ədəbiyyatşünas alim Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda kiçik bir tacir ailəsində anadan olub.O, ilk təhsilini Bakıda alıb. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim işlədikdən sonra 1932-ci ildə Moskvadakı A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdıb.Teatrşünas, ədəbiyyatşünas alim elmi-tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb, teatrın, dramaturgiyanın həm tarixi, həm də nəzəri problemlərinə dair sanballı əsərləri ilə milli teatrşünaslığımızın elmi-nəzəri əsaslarını yaradıb.Cəfər Cəfərov ömrünün 40 ilə qədər böyük bir hissəsini milli ədəbiyyata və incəsənətə həsr edib.Alim "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cilddə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitablarını, "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərlərini yazıb. "Azərbaycan teatrı (1873-1973)" adlı monoqrafiyasında tarixi və elmi faktları sistemləşdirib.Cəfər Cəfərov 1972-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.O, Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna rol oynayan, bu elmin fundamental inkişaf proqramını müəyyənləşdirən alim-nəzəriyyəçi olmaqla yanaşı, görkəmli ictimai və dövlət xadimi kimi də böyük xidmətlər göstərib.Teatrşünas, ədəbiyyatşünas alim Cəfər Cəfərovun yubileyi münasibətilə Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, tərtibçi, və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.Sərgi 1 həftə davam edəcək.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta