AZ

“Mədəniyyətlərarası dialoq: humanist dəyərlər” almanaxının təqdimatı oldu

Sentyabrın 5-də Bakı Kitab Mərkəzi, “Çaşıoğlu” nəşriyyatı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Azərbaycan, Litva, Almaniya, Çexiya, Böyük Britaniya və Türkiyədən gənc və təcrübəli müəlliflərin 11 hekayəsindən ibarət almanaxın təqdimatı keçirilib. Bu əsərlər humanizm və ümumbəşəri dəyərlər mövzularına həsr olunub.

Kulis.az xəbər verir ki, kitab Səbinə Zülalova və Ülviyyə Axundova tərəfindən təsis edilmiş “Smart Community” beynəlxalq intellektual platformasının 2022-ci ildə təşkil etdiyi “Sevgi haqqında 5 səhifə” ədəbi müsabiqəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunub.

Platformanın məqsədi müxtəlif yaradıcı istiqamətlərin nümayəndələri üçün mühazirələr, ustad dərsləri, kiçik festivallar və yaradıcı görüşlər vasitəsilə ünsiyyət, təcrübə mübadiləsi və inkişaf üçün platforma yaratmaqdır.

Təqdimat zamanı almanaxa daxil olan müəlliflərin hekayələri dinlənilib ki, bu da tədbirin qonaqlarına onların yaradıcılığı ilə daha yaxından tanış olmaq və əsərlərdə təqdim olunan ideyalara nüfuz etmək imkanı verib.

Seçilən
148
kulis.az

1Mənbələr