Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsini həyata keçirib.
Layihə çərçivəsində Şabran rayonunun Şabran şəhərində 7 ailədə, Kilvar kəndində 13 ailədə, Ağbaş kəndində 1 ailədə, Xəlfələr kəndində 1 ailədə, Yeləkəsən kəndində 1 ailədə, Taxtalar kəndində 2 ailədə olmaqla ümumilikdə 25 ailədə və Qarabağlı Qaçqın və Məcburi Köçkünlər üzrə nümayəndəlikdə sakinlərin iştirakı ilə qayıdış prosesi mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüş iştirakçılarına Agentliyin maliyyə dəstəyi, ictimai birliyin təşkilatçılığı ilə nəşr etdirilmiş “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitablar paylanılıb.
Tarixi torpaqlarımıza kənar ölkələrin ərazisindən köçürülmüş bədnam ermənilər tərəfindən öz havadarlarına arxalanaraq zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımlar və deportasiyalar nəticəsində əzəli yurd yerlərindən didərgin salınan, uzun müddət torpaq nisgili ilə yaşamış soydaşlarımızın məskunlaşdığı şəhər və kəndlərdə belə aktuallıq kəsb edən mövzu ətrafında hazırlanmış layihənin həyata keçirilməsini qayıdış prosesinə yönəlik addım olduğu sakinlər minnətdarlıq hissi ilə qarşılanıb.
Görüşlər başa çatdıqdan sonra iştirakçılar tərəfindən yekdilliklə hazırlanaraq təsdiq edilmiş bəyanat qəbul edilmişdir. Bəyanatda Qərbi Azərbaycanın şəhər və kəndlərindən didərgin salınmış və hazırda Şabran rayonunda məskunlaşmış azərbaycanlıların daim öz doğma torpaqlarına qayıtmaq əzmində olduqlarını, əzəli torpaqlarımıza, yurd yerlərimizə qayıdışı mütləq şəkildə dəstəklədiklərini, Ermənistan tərəfinin isə ədalətin bərpa olunmasını yubatmaqla qayıdış prosesinin davamlı həlli istiqamətində irəliləyişə yardım etmədiyini qeyd etmişdilər.
Bununla da Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız Ermənistan hökumətini beynəlxalq insan hüquqlarının öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb.
Qərbi Azərbaycanlılar qayıdışına xalqımızda inam hissi çox güclüdür. Bu inamı və əminliyi bizdə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin liderliyi və möhkəm iradəsi yaradıb.
30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərimizin qayıdışı bu ümidləri daha da artırıb.
Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən Zərifə Əliyeva adına parkda layihənin davamlı təsir imkanlarını artırmaq məqsədilə tarixi Azərbaycan torpaqlarının əhatə etdiyi coğrafi ərazi və tarixi faktlar əsasında hazırlanmış xəritə - iri ölçülü lövhə-panno quraşdırılıb.
Gülsənəm Əmrahova
İctimai birliyin sədri,
layihə rəhbəri