AZ

KİV: Durov Rusiya və BƏƏ-nin diplomatik yardımından imtina edib

KİV: Durov Rusiya və BƏƏ-nin diplomatik yardımından imtina edib

Telegram messencerinin həmtəsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib. AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti fransız rəsmilərinə istinadən məlumat yayıb.“Sözügedən şəxs Rusiyadan konsulluq mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib, lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, - deyə mənbə bildirib.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Parisdəki rus diplomatlar Durovun saxlanması ilə bağlı vəziyyətdə lazım olan hər şeyi ediblər. O qeyd edib ki, konsulluq müraciəti olub. Rusiyanın Fransadakı səfirliyindən TASS-a bildirilib ki, Durovun hüquqlarına hörmətlə yanaşmaq və onunla konsulluq əlaqəsi əldə etmək niyyətindədirlər, lakin Fransa tərəfi hələlik bu məsələdə qarşılıqlı əlaqədən yayınır.

Seçilən
161
2
afn.az

3Mənbələr