AZ

İsrail pilotsuz təyyarə hazırlayan şirkətlərə rekord vəsait ayırdı

İsrail Müdafiə Nazirliyi xüsusi proqram çərçivəsində pilotsuz nəqliyyat vasitələri və digər sistemlərin inkişafı üçün texnoloji şirkətlərə 500 milyon dollar (850 milyon manat) ayıracaq.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İsrail Müdafiə Nazirliyinin Planlaşdırma, İqtisadiyyat və İnformasiya Texnologiyaları Departamentinin direktoru Nir Veinqoldun açıqlamasına əsasən, Qəzza zolağında əməliyyatın tənqid edilməsinə baxmayaraq, Ukrayna böhranı və dünyada baş verən digər silahlı münaqişələr İsrailin müdafiə texnologiyalarına marağın kəskin artmasına səbəb olub. Bununla bağlı İsrail ordusu perspektivli inkişafı dəstəkləmək üçün xüsusi proqrama başlayıb. Onun sözlərinə görə, nazirlik hazırda 270 şirkətlə əməkdaşlıq edir, onlardan 100-ü proqramda birbaşa iştirak edir. Bu şirkətlər öz texnologiyalarını inkişaf etdirmək və sınaqdan keçirmək üçün dörd-altı ay vaxt sərf edirlər. Uğurlu olarsa, onlar Müdafiə Nazirliyindən əlavə sifariş və təxminən 5 milyon dollar (8 milyon 500 min manat) qonarar ala bilərlər.  Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında İsrail-Fələstin müharibəsi başlayandan bəri Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.     Fidan Əliyeva

Manşet.az

Seçilən
17
1
manset.az

2Mənbələr