AZ

Cüdoçularımız 25 ildən sonra rekordu təkrarladılar

Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan 2 qızıl, 1 gümüş medal qazanıb.

İdmanxeber.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl medala, Nizami İmranov (60 kq) isə gümüş medala yiyələnib.

Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar. Qızlardan ibarət yığma daha öncə 1999-cu ildə iki qızıl mükafat qazanıb.

Qeyd edək ki, ilk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında 1-cidir. 

Seçilən
128
18
idmanxeber.az

10Mənbələr