AZ

Cüdoçu qızlarımızdan TARİXİ NAİLİYYƏT

Ötən gün Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızl medal qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bununla da azərbaycanlı qız cüdoçuların 25 ildən sonra Avropa çempionatında ilk qızıl medalı olub.

Ümumilikdə isə qızlardan ibarət milli bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.

İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, oğlanların yarışında Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
milli.az

5Mənbələr