AZ

İsrail qüvvələri Cenindən geri çəkilib

İsrail qüvvələri 10 günlük əməliyyatlardan sonra İordan çayının qərb sahilindəki Cenin şəhərindən və oradakı qaçqın düşərgəsindən geri çəkilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələrinin şəhərdə və düşərgədə keçirdiyi əməliyyat zamanı 21 nəfər həlak olub.Öz növbəsində şahidlərdən biri Reuters agentliyinə bildirib ki, İsrail qüvvələri infrastruktura külli miqdarda ziyan vurub.Fələstin Xarici İşlər Nazirliyi “Facebook” sosial şəbəkəsində İsraili Qəzza zolağında vəhşicəsinə dağıntıları işğal altındakı İordan çayının qərb sahilinə köçürməkdə günahlandıran Cenin və Tulkərm şəhərlərində və oradakı qaçqın düşərgələrində vəziyyətin sübutu kimi bəyanat yayıb.

Seçilən
116
veteninfo.az

1Mənbələr