AZ

Fransada orta təhsil ocaqlarının 56%-də müəllim çatışmır

Fransada

Paris, 6 sentyabr, AZƏRTAC,

Fransanın orta təhsil üzrə müəllimlərin həmkarlar ittifaqının (Snes-FSU) apardığı araşdırmalara görə, orta təhsil ocaqlarının 56%-də müəllim çatışmazlığı var.

AZƏRTAC xəbər verir ki, bu araşdırma Fransanın 893 təhsil müəssisəsində aparılıb. Snes-FSU tərəfindən aparılan sorğuya görə, tədris ilinin əvvəlində Fransanın orta məktəb və liseylərinin 56%-də ən azı bir müəllim çatışmır.

Normandiyada orta və ali məktəblərin 43%-də, Versalda 72%, Lyonda isə 68% təhsil ocağında müəllim çatışmazlığı yaranıb.

Araşdırmaya görə, fransız dili, digər müasir dillər, riyaziyyat, texnologiya və ekoidarəetmə kimi fənlər üzrə müəllim çatışmır.

 

Seçilən
101
1
azertag.az

2Mənbələr