NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu alyansın mətbuat xidməti tərəfindən yayımlanan Norveçdə mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir", - deyə o, müttəfiq ölkələrini Kiyevə dəstəyi davam etdirməyə çağırıb.