AZ

Ermənilər Qarabağ müharibəsi ilə bağlı xüsusi təhqiqatı başa çatdırdı

Ermənistanın xüsusi parlament komissiyası 2020-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların nəticələri ilə bağlı araşdırmanı başa çatdırıb.

Turkustan.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan bu barədə Ermənistanın İctimai Telekanalına məlumat verib.

“Xüsusi komissiya araşdırmanı başa çatdırıb və parlamentə təqdim olunacaq hesabatı hazırlayıb”, - Andranik Köçəryan deyib.

O, hesabatın oktyabrda təqdim ediləcəyini, lakin bəzi sənədlərin məxfi qalacağını bildirib. Köçəryan bunu həmin sənədlərin “kəşfiyyat işi və xarici siyasətlə bağlı olması” ilə əsaslandırıb.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ona bitişik yeddi rayonu nəzarətə götürüb. Həmin il noyabrın 9-da Ermənistan, Azərbaycan və Rusiya liderləri hərbi əməliyyatların dayandırılması və münaqişənin gələcək həlli ilə bağlı birgə bəyanat imzalayıblar.

2022-ci ildə Praqada Qərb liderlərinin iştirakı ilə keçirilən sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirib. Vəziyyət növbəti dəfə 2023-cü ilin sentyabrında gərginləşib. Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində separatçı qrumun fəaliyyətinə tamamilə son qoyulub. Xankəındi və ətraf bölgələrdə yaşayan ermənilər Bakının təklif etdiyi reinteqrasiya şərtlərini qəbul etməyərək Ermənistana gediblər. /bakupost.az/

Seçilən
34
1
turkustan.az

2Mənbələr