Yeni model avtomobil həvəskarları heyrətləndirib
Cənubi Koreyanın yeni avtomobili müasir “sürücü” rejimi və kosmik interyeri ilə hətta "Maybach"-ı da üstələyib. Artıq Koreyada bazara çıxarılan "Genesis G80" avtomobili digər ölkələrin də marağına səbəb olub.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, "Genesis" şirkəti tərəfindən Pekində, həm də Busanda yerləşən avtosalonlarda ilk dəfə nümayiş etdirilən elektrikləşdirilmiş "G80" öz Sedan tipini yeniləyib. Dizaynda əsasən yenilənmiş hava girişləri, indi bir düyməyə toxunmaqla açılan inteqrasiya edilmiş doldurma portu, təkmilləşdirilmiş ön barmaqlıq vasitəsilə avtomatik ifadə olunan müasir "Atletik Elegance" sistemi mövcuddur.
Eksteryer yeni xrom elementlər, işıqlandırma, həmçinin də unikal 19 düymlük gözoxşayan təkər diskləri ilə tamamlanır.
"G80"-nin salonu sərnişinlərə ayaq, həm də baş boşluğu əlavə edilmiş daha uzun təkər bazası ilə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. İnnovativ 27 düymlük OLED idarəetmə paneli alət panelini, üstəlik multimedia funksiyalarını birləşdirir və çoxlu tapşırıqlar üçün bölünən ekranı dəstəkləyir.
Mütəxəssislərin fikrincə, bu avtomobildə daha çox rahatlığa diqqət yetirilir. Maşın adaptiv asma idarəetmə sistemi, "Dolby Atmos" dəstəyi sayəsində super "Bang & Olufsen" audiosistemi ilə təchiz olunub.
Yenilənmiş "G80"-nin fırlanma funksiyasını və asma tənzimləməsini tamamilə müasir optimallaşdırmaqla arxa oturacaqlardakı rahatlığı tam təmin edən sürücü rejiminə malik "Genesis" seriyası ilk versiyada "EV" sistemidir.
Müasir texnologiya cəbhəsində yer almış "G80" hazırda Koreya standartlarına uyğun olaraq 475 km-ə qədər məsafəni təklif edən 94,5 kVt/saat gücündə batareyaya malikdir. Avtomobil həmçinin yol şəraitinə uyğunlaşan asma idarəetmə sistemi və təkmilləşdirilmiş çeviklik üçün arxa təkər sükan sistemi ilə də tam təchiz edilib.
Oqtay QORÇU