AZ

Uşaq oturacaqları ilə bağlı yeni tələblər

Körpələrin nəqliyyat vasitəsində daşınması ciddi məsələlərdəndir. Avropa İttifaqı ölkələrində körpələrin avtomobilin salonunda qucaqda və ya oturacaqda uzanmış vəziyyətdə daşınmasına yol verilmir. 

Avtosfer.az xəbər verir ki, Avropa Şurası uşaq oturacaqları ilə bağlı tələbləri sərtləşdirib. Yeni normalara görə uşaq oturacaqlarının kraş testləri dəyişdirilib. Məqsəd körpələrin boyun əzələlərinin qəza vaxtı daha yaxşı müdafiəsini tənin etməkdir. 

Ən əsası isə, uşaqların salonda yerləşdirilmə qaydası dəyişib. Bu gündən etibarən 15 ayadək körpələr avtomobilin salonunda uşaq oturacağında üzü hərəkətin əksi istiqamətinə yerləşdirilə bilər. əvvəl bu tələb 6 ay idi. Boyu 76 santimetri ötdükdən sonra körpələr üzü hərəkət istiqamətinə otura bilərlər.

Vüqar

Seçilən
143
avtosfer.az

1Mənbələr