AZ

Öldürülən hərbçinin üstündən işgəncə aləti tapıldı

“Pyatnaşka” beynəlxalq briqadasının əsgərləri döyüşdə həlak olmuş Ukrayna xüsusi təyinatlı əsgərinin əşyalarından diqqət çəkən alət aşkarlayıblar. Bu barədə Rusiya mediasına açıqlamasında briqada komandiri Axra Avidzba məlumat verib.

"Rusiya artilleriyasının zərbəsi zamanı Kursk vilayətində ölən ukraynalı döyüşçülər arasında xüsusi təyinatlı da olub.Onun əşyalarının arasından sənədlər və "kleymator" "Dağ basmaq, iz qoymaq üçün metal ştamp-red.)aləti aşkar edilib. O, Ukrayna gerbi şəklində hazırlanıb. Avidzbanın fikrincə, bu "kleymator" əsir düşmüş rus hərbçilərinə işgəncə vermək üçün istifadə oluna bilər". - Rosiyskaya Qazeta yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
news365.az

1Mənbələr