AZ

"Gəncə"də yeni voleybolçu

"Gəncə" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "sarı-göylər" bolqarıstanlı Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.

Oyunçu 2023/2024-cü illər mövsümünü İsveçrənin VFM komandasında keçirib. O, Fransanın "Stella Calais", "Romans", "Vandoeuvre Nancy", ölkəsinin isə "Kazanlak" və "Rakovski" klublarının da şərəfini qoruyub.

"Gəncə" bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.

Türkiyədə voleybolçu evində ölü tapılıb

Beynəlxalq Voleybol Federasiyasının rəsmisi Bakıya gəlib

AMADA qadın voleybolçular üçün seminar təşkil edib

"Gəncə" heyətini yeni oyunçu ilə gücləndirib

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
6
apasport.az

10Mənbələr