AZ

Sabiq xidmət rəisinin həbs müddəti uzadıldı

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində ibtidai istintaq davam edir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Cəlilovun həbsinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, M.Cəlilovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Mirzə Cəlilov 7 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə həbs edilib. Ona qarşı külli miqdarda rüşvət alma maddəsi ilə ittiham elan edilib.

M.Cəlilov daha əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
179
36
oxu.az

10Mənbələr