Yeni Dehli Ali Məhkəməsi "Wikipedia"ya mümkün bloklama barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "LiveLaw" məlumat yayıb.
Yayda Hindistanın ən böyük xəbər agentliklərindən biri olan ANI-nin "Wikipedia" səhifəsində redaktə edilib ki, portal "mərkəzi hökumət üçün təbliğat vasitəsi rolunu oynayıb, geniş saxta xəbər saytları şəbəkəsinin materiallarını yayıb və hadisələri yanlış məlumatlandırıb".
ANI onlayn ensiklopediyaya qarşı böhtana görə məhkəməyə müraciət edib. Sonra "Wikipedia" izah edib ki, istənilən internet istifadəçisi məqalələri redaktə edə bilər. Hindistan məhkəməsi saytı redaktə edən insanların məlumatlarını açıqlamağı əmr edib, lakin heç vaxt bunu etməyib.
İş üzrə məhkəmə oktyabrda keçiriləcək. Onlayn ensiklopediyanı idarə edən qeyri-kommersiya Wikimedia Fondu olan "Wikimedia"nın səlahiyyətli nümayəndəsi iştirak etmək üçün dəvət olunub.
"Wikipedia" rəsmi olaraq 2001-ci il yanvarın 15-də fəaliyyətə başlayıb.
Aydın