Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində oyununu keçirəcək.
Yenicag.az xəbər verir ki, Samir Əliyevin komandası 7-ci matçında Lüksemburqla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edəcək.
F qrupunun digər oyunlarında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək.
Avropa çempionatı, seçmə mərhələ
F qrupu
21:30. Lüksemburq U-21 – Azərbaycan U-21
Hakimlər: Dezir Qrunbaher, Matthias Sbrissa, Guillaume Maire, Anojen Kanagasingam (İsveçrə)
Emil Mayriş stadionu.
Xallar: Ukrayna – 18 (6 oyun), İngiltərə – 18 (7 oyun), Serbiya – 10 (7 oyun), Şimali İrlandiya – 6 (6 oyun), Lüksemburq – 4 (8 oyun), Azərbaycan – 3 (6 oyun)