AZ

Hücum edənin atası ikinci dərəcəli qətldə tutuldu

 

  ABŞ-ın Corciya ştatında orta məktəbdə 4 nəfəri güllələyərək 9-unu da yaralamaqda ittiham olunan 14 yaşlı yeniyetmənin atası həbs edilib.

  Corciya İstintaq Bürosunun direktoru Kris Hosi (Chris Hosey) mətbuat konfransında bildirib ki, Kolt Qreyin (Colt Grey) atası, 54 yaşlı Kolin Qrey (Colin Gray) sentyabrın 5-də 4 “qeyri-ixtiyari adam öldürmə”, 2 “ikinci dərəcəli qətl” və səkkiz uşağa “amansızlıqda zülm”də ittiham olunub.

  Corciyada “ikinci dərəcəli qətl” dedikdə niyyətindən asılı olmayaraq bir adamın uşaqlara qarşı ikinci dərəcəli qəddarlıq edərək başqa bir insanın ölümünə səbəb olması nəzərdə tutulur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
trt.net.tr

1Mənbələr