AZ

Rumıniya Ukraynaya “Patriot” müdafiə sistemi bağışlayacaq

Rumıniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemi bağışlayacağını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, Rumıniya parlamentinin qəbul etdiyi qanun layihəsi Rumıniya prezidenti Klaus İohannisin təsdiqi ilə qüvvəyə minəcək və Rumıniya özünün iki “Patriot” müdafiə sistemindən birini Ukraynaya verəcək.

Qərardan sonra sosial media hesabında paylaşım edən Ukrayna prezidenti Volodimir Zelenski Rumıniyaya minnətdarlığını bildirib və "Bu, hava məkanımızı, xalqımızı və infrastrukturumuzu Rusiyanın raket terrorizmindən qorumaq üçün son dərəcə güclü töhfədir" ifadəsini işlədib.

"Bu, saysız-hesabsız insanların həyatını xilas edir və biz Rusiya terrorizminə qarşı güclü addımlar atan tərəfdaşlarımıza minnətdarıq. Bu hava hücumundan müdafiə sistemi təkcə ölkəmizi qorumayacaq, həm də tərəfdaşlarımız və region üçün uzunmüddətli təhlükəsizliyi artıracaq", - Zelenski bildirib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
22
azpolitika.info

10Mənbələr