Rusiya Maliyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, bu ilin yanvar-avqust dövrü üçün büdcə detalları paylaşılıb.

İndex.az xəbər verir ki, müvafiq olaraq, 23 trilyon 29 milyard rubl büdcə gəliri əldə edildiyi halda, büdcə xərcləri 23 trilyon 360 milyard rubl səviyyəsində olub.

Ölkənin qeyri-neft və təbii qaz gəlirləri 15 trilyon 473 milyard rubl, neft və təbii qaz gəlirləri 7 trilyon 555 milyard rubl olduğu halda, büdcədə cəmi 331 milyard rubl kəsir yaranıb.

Rusiyada 2023-cü ildə büdcənin 3,24 trilyon rubl kəsiri olacağı təxmin edilir.