AZ

“AzNur” Çempionlar Liqasında növbəti matçını keçirdi

Azərbaycanın "AzNur" klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.

Rekord.az xəbər verir ki, təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

“AzNur" ilk görüşdə Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Komanda bu gün axşam "Andezit"lə (Ukrayna) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Seçilən
93
6
rekord.az

6Mənbələr