AZ

Horadiz-Ağbənd dəmir yolu xətti boyunca 40-dən çox körpü, tunel tikilir



İşğaldan azad edilmiş Şərqi Zəngəzurda həyata keçirilən ən böyük infrastruktur layihələrindən biri olan Horadiz-Ağbənd dəmir yolu xətti boyunca yerli mühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndis qurğusu, 40-dən çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir.

Newscenter.az ADY-yə istinadən bildirir ki, 110.4 km-lik Horadiz-Ağbənd dəmir yolunun əsas komponentləri arasında regionun 771 metrlik ən uzun dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzun dəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) yer alır.

Bu dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısı və Şərq-Qərb yükdaşımaları üçün yeni marşrut təmin edəcək.

Süleyman
Seçilən
139
newscenter.az

1Mənbələr