Olaylar bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
"İrəvan sərhəd məntəqələrində nəzarəti Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcəyini deyib. Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, istənilən nəzarət Ermənistan tərəfindən olacaq. Biz bura hansısa xarici ölkələrdən gəlib, nəzarət və ya təhlükəsizliyi təmin etməsini dəstəkləmirik", - Sübhani bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan etmişdi. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31