AZ

Daha bir iş adamı Yevlax Pilot Aqroparkın rezidenti oldu

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məmmədov Asif Akif oğluna rezident statusu verilib.

İZİA-dan MArja-ya verilən məlumata görə, yeni rezident tərəfindən 21.4 hektar sahədə investisiya həcmi 200 min manat olan intensiv meyvə bağları salınacaq, 3 nəfər daimi, 8 nəfər isə mövsümi işlə təmin ediləcək.

Qeyd. Yevlax Pilot Aqroparkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya imkanları yaradılır. Belə ki, aqroparkda fermerlər dövlət vəsaiti hesabına infrastrukturla təmin edilir, “pir pəncərə” prinsipi və ağıllı idarəetmə sistemi tətbiq olunur.

Həmçinin Yevlax Pilot Aqroparkın 5 rezidentinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 7.1 milyon manat dəyərində güzəştli kredit verilib.

 

Məmmədov Asif
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
6
marja.az

10Mənbələr