Heydər Əliyev prospekti, “Bağırov” tunelin çıxışında yol qəzası baş verib.
Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.