AZ

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi “Ünye” komandasına keçib.

Ötən mövsüm “Neftçi”nin formasını geyinən oyunçu ilə bağlanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Ünye” klubu Azərbaycan yığmasının digər futbolçusu Vüsalə Hacıyevanın da transferi ilə bağlı razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Seçilən
46
3
idmanxeber.az

4Mənbələr