Adı korrupsiyada hallanan Əzizağa Nəcəfov harada çalışır?
Qarabağ Universitetinin kafedra müdirinin adı korrupsiyada hallanır Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.AzFakt.com xəbər verir ki, bu barədə bir neçə gün öncə ölkə məbuatı məlumat yayıb. Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir. Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb. Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər. Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktorunun sabiq müavini Əzizağa Nəcəfov olub. Qeyd edək ki, Əzizağa Nəcəfov hazırda yeni yaradılan Qarabağ Universitetinin Filologiya Kafedrasının müdiri vəzifəsində çalışır. Məsələ ilə bağlı Qarabağ Universitetindən mövqe öyrənə bilmədik.
Xəbərin oxunma sayı :
232
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta