AZ

Fransızlar yeni baş nazirə etimad etmirlər

Fransızların yarıdan çoxu respublika prezidenti Emmanuel Makronun cümə axşamı təyin etdiyi Fransanın yeni baş naziri Mişel Barnyeyə etimad etmir.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bunu “CNews” telekanalı, “Europe 1” radiostansiyası və “Le Journal du Dimanche” qəzetinin sifarişi ilə CSA sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Respondentlərin 57 faizi 73 yaşlı yeni baş nazirə etimad göstərmədiyini bildirib. Onların 42 faizi Makronun seçimini bəyənir, cəmi 1 faizi isə cavab verməkdən imtina edib.

Sorğu sentyabrın 5-də keçirilib və 1 mindən çox yetkin fransız iştirak edib.

Sentyabrın 5-də Mişel Barnye 2024-cü ilin yanvarından bu vəzifəni icra edən Qabriel Attalı respublikanın baş naziri vəzifəsində əvəzləyib. Barnye bildirib ki, yeni vəzifəsində təhsil məsələlərinə və qeyri-qanuni miqrasiya probleminə diqqət yetirmək, həmçinin Fransanın beynəlxalq aləmdə imicini və cəlbediciliyini yaxşılaşdırmaq niyyətindədir.

Seçilən
68
2
xezerxeber.az

3Mənbələr