AZ

Boubou dizayn. Qeyri-adi sənət növü

İncəsənt dünyası hər zaman olduğu kimi yenilənir və inkişaf edir. Bu, xüsusilə  rəssamlıq sənətində özünü daha qabarıq şəkildə göstərir. Haqqında məlumat verəcəyim üslublardan biri də “Bou-bou” adlanır. Bu da bütün dünyada “Boubou Design” (boubou dizayneri) kimi tanınan gənc rəssam Boubou Niangın adı ilə bağlıdır. O, ənənəvi fırçalar əvəzinə tennis raketləri, ayaqqabılar, hətta velosiped  kimi qeyri-ənənəvi əşyadan istifadə edərək unikal rəsm nümunələri yaradır. 30 yaşlı Seneqallı rəssam hələ yeniyetməlik çağında müxtəlif formalı materiallar və çarşaflar üzərində rəsm çəkməyə başlayıb. Rəssam çəkdiyi əsərləri daha çox başı aşağı formada, bütün növ əşyalardan istifadə edərək ərsəyə gətirir. Bəziləri Boubounun rəsm üsullarını qəribə və qeyri-adi hesab etsə də, onun əsərləri dünyaca məşhur ulduzların diqqətini çəkir. Belə ki, o, indiyə qədər Kobe Bryant və Chadwick Boseman kimi bir çox tanınmış əfsanəvi şəxslərin portretlərini yaradıb. 

Xatırladaq ki, bu üslubdan təkcə rəssamlıqda deyil, həmçinin geyim, restoran, ev dizaynlarının yaradılmasında da istifadə olunur.

Fidan SALMANOVA
XQ

Seçilən
500
xalqqazeti.az

1Mənbələr