AZ

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü - FOTO

Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinə başlanılıb. Layihənin ilk qonağı BDU-nun Tarix fakültəsinin müəllimi Anar Həmidov olub.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Görüşdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ümummilli Lider, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin siyasi irsinin xalqımızın milli sərvəti olduğunu deyib. Azərbaycan gəncləri Ulu Öndərin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən faydalanaraq layiqli vətəndaş kimi yetişir və ölkəmizin inkişafına mühüm töhfələr verirlər. O qeyd edib ki, BDU hər zaman gənclərin milli ideologiya əsasında inkişafını prioritet məsələ kimi qarşıya qoyur. Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə də buna əyani sübutdur.
 
Daha sonra Tarix fakültəsinin müəllimi Anar Həmidov “Heydər Əliyev hakimiyyəti dövründə kadr siyasəti” mövzusunda məruzə edib. O, Ümummillli Lider Heydər Əliyevin daxili siyasəti, ölkədə sabitliyin, sosial və iqtisadi inkişafın təmin olunmasına yönəlmiş addımları haqqında tələbələrə məlumat verib. Bildirib ki, Ulu Öndərin hakimiyyəti dövründə kadr siyasəti ölkədə səmərəli idarəçilik sisteminin qurulmasına yönəldilib və əsas siyasi xətt kimi formalaşıb. Ulu Öndər dövlət idarəetməsində ixtisaslı kadrların yetişdirilməsinə və onların peşəkarlığının artırılmasına böyük önəm verirdi. Ümummilli Liderin respublikaya birinci və ikinci rəhbərliyi dövründə siyasi, iqtisadi, mədəni, elm və təhsil, sosial rifah istiqamətlərində atılan addımlar, reallaşdırılan iri layihələr bu günün müstəqil və müasir Azərbaycanının təməlini qoyub.
 
Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.
 
Seçilən
37
1
moderator.az

2Mənbələr