AZ

Türk lirəsi hər il UCUZLAŞACAQ - RƏSMİ

Türkiyə hökuməti tərəfindən hazırlanan Orta Müddətli Proqrama əsasən, lirənin ucuzlaşması ən azından 2027-ci ilə qədər davam edəcək.

 

Sfera.az xəbər verir ki, hökumətin hazırladığı proqnozda 2024-cü ilin yekununda dolların 33,2 lirə, gələn il 42 lirə, 2027-ci ildə 47 lirə olacağı təxmin edilir. Burada göstərilən məzənnə ortaillik məzənnədir.

 

Hazırda dolların məzənnə dəyəri 34 lirədir. Amma ilin əvvəlində 29-30 lirə idi. Əvvəlki proqnozlarla müqayisə etdikdə aydın olur ki, reallıqda dollar daha çox ucuzlaşır.

 

Məsələn, əvvəlki proqnozlarda 2024-cü ildə dolların 24 lirə olacağı güman edilirdi. Reallıqda isə orta məzənnə artıq 33,2 lirəyə yüksəlib. Yəqin ki, ilin sonunda dolların orta məzənnə dəyəri bir qədər də yüksələcək. Dolların bahalaşması inflyasiyanı da gücləndirdiyindən Türkiyə hələ bir neçə il yüksək bahalaşmadan əziyyət çəkəcək.

 

Vasif

 

 

Seçilən
103
2
sfera.az

3Mənbələr