AZ

Çindən övladlığa götürmə ilə bağlı qərar: ABŞ ailələri narahatdır

Çin hökuməti beynəlxalq övladlığa götürmə proqramını bitirdiyini və bundan sonra xarici ölkələrdən gələn müraciətləri qəbul etməyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, ölkə artıq xarici ölkələrdən övladlığa götürmə ərizələrini qəbul etməyəcək.

Çinin bu qərarı ABŞ-da yüzlərlə ailənin övladlığa götürülmə prosesinə necə təsir edəcəyi ilə bağlı narahatlıq yaradıb.

“The Guardian”da yer alan xəbərə görə, ABŞ Dövlət Departamenti Çinin Xarici İşlər Nazirliyindən yazılı açıqlama gözlədiyini bildirib və hələ də övladlığa götürmə prosedurlarının tamamlanmasını gözləyən ailələrin vəziyyətini anladıqlarını bildirib.

Seçilən
52
1
publika.az

2Mənbələr