AZ

Pezeşkian yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirəcək

İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda yerli və xarici jurnalistlər üçün ilk mətbuat konfransını keçirəcək.


Modern.az İran KİV-nə istinadən xəbər verir ki, mətbuat konfransı sentyabrın 16-da təşkil olunacaq.


Xatırladaq ki, prezident Məsud Pezeşkian avqustun 31-də canlı yayımda xalq qarşısında çıxış etmişdi. O, İrandakı müxtəlif siyasi qrupları xalqa ən yaxşı şəkildə xidmət etmək üçün fikir ayrılıqlarını bir kənara qoymağa çağırmışdı.

Seçilən
130
modern.az

1Mənbələr