AZ

“Həyat yoldaşım daim mənə dəstəkdir” – Brillant Dadaşova

Xalq artisti Brillant Dadaşova konsert proqramı ilə çıxış edib. O konsertdən öncə media nümayəndələrinin suallarına cavab verib.

Xalq artisti həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdən bəhs edərək daim ona dəstək olduğunu bildirib:“Həyat yoldaşım 90-cı illərdən mənim yanımdadır. Konsertlərdə arxa planda olur. Hər şeyə baxır, nəzarət edir. Mənim mahnılarımı sevir. “Sevgimizə yağış yağır”, “Maç-maç, quc-quc” mahnılarını sevir. Həyat yoldaşım məni tək qoymur”.

Dadaşova bildirib ki, köhnə mahnılarına yeni nəfəs verib:“Bir çox mahnımı remiks etdik. Mənim 10-15 yeni mahnım var. Dostlarım deyir ki, yeni mahnılar oxu. Amma hamı mənim köhnə mahnılarımı oxuyur . Deyirəm ki, başqaları mənim köhnə mahnılarımı oxuyurlarsa, niyə onları yenidən ifa etməyim. Əslində yeni yazılan mahnıların əksəriyyətini bəyənmirəm. Yaxşısı budur ki, köhnə mahnılarımı yenidən oxuyum”.

Brilliant Türkiyənin superstarı Ajda Pekkana bənzəməsi məsələsini belə şərh edib:

“Mən kiçik olanda əmilərim Süleyman Dadaşov və Məlik Dadaşov deyirdilər ki, qızımız müğənni Ajda Pekkana oxşayır. Amma saçlarım qara, onun isə sari idi. Ajda artıq bu səhədə idi. Ajdanı çox sevirəm. Səsimdəki xırdalıqlar, melizmalar, musiqi barəsində fikirləşirəm ki, öz yolum olub. Azərbaycan melizmalarını vurmaq çətindir. Hətta Norveçdə olanda deyirdilər, bu melizmaları etmək çox çətindir”.

 

 

Seçilən
127
dergi.az

1Mənbələr