AZ

Sahibkarlığın İnkişafı Fondu bələdiyyə sədrinə 150 min manat güzəştli kredit verdi

Quba rayonunda fəaliyyət göstərən sahibkar Humayə Məmmədova hotel və restoran layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (SİF) 150 min manat güzəştli kredit əldə edib.

Bu barədə İqtisadiyyat.az-a özəl olaraq SİF-dən bildirilib.

Qeyd edək ki, Humayə Məmmədova Quba şəhər bələdiyyəsinin sədridir. Bələdiyyə sədri rayonda biznes fəaliyyəti ilə məşğul olur.

Onun “Qədim Quba Özəl Xalçaçılıq” MMC-nin, “Qədim Quba” restoranının sahibi olduğu bildirilir.

Seçilən
72
4
iqtisadiyyat.az

5Mənbələr