AZ

Belarusun qızıl-valyuta ehtiyatları 8 milyard dolları ötüb

Belarusun qızıl-valyuta ehtiyatları avqustda 165,1 milyon dollar artaraq 8,697 milyard dollar təşkil edib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Avqustda qızıl-valyuta ehtiyatlarının artmasına monetar qızılın maya dəyərinin artması təsir göstərib. Ay ərzində xarici valyuta aktivləri iyulda 0,8 milyon dollar artaraq 1,944 milyard dollara yüksəlib.

Belarus hakimiyyəti 2024-cü ildə qızıl-valyuta ehtiyatlarını ən azı 6 milyard dollar səviyyəsində saxlamağı qarşısına məqsəd qoyub.

 

Gözəl Həşimova

Seçilən
34
iqtisadiyyat.az

1Mənbələr