AZ

Putinin sözləri Trampı şoka salıb –“Bilmirəm, təhqir olunmuşam, yoxsa mənə yaxşılıq edib"

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, o, Vladimir Putinin Kremlin guya Amerika seçkilərində Kamala Harrisi dəstəklədiyi barədə sözlərinə necə reaksiya verəcəyini bilmir.

Azpost.info-nun məlumatına görə, onun sözlərini USA Today sitat gətirir.

Tramp seçki kampaniyası zamanı deyib: “Bilmirəm, təhqir olunmuşam, yoxsa mənə yaxşılıq edib”.

Öz növbəsində ABŞ Milli Təhlükəsizlik Şurasının sədri Con Kirbi Rusiya prezidentini Amerika seçkiləri ilə bağlı şərh verməməyə çağırıb.

O qeyd edib ki, əgər Vladimir Putin “seçkilərimiz haqqında danışmağı dayandırsa” və “onlara müdaxiləni dayandırsa” Birləşmiş Ştatlar “çox minnətdar olacaq”.

Sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin bildirib ki, Rusiya hakimiyyəti üçün ABŞ seçkilərində Kamala Harrisin qələbəsi Trampın qələbəsindən daha üstündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
azpost.info

1Mənbələr