AZ

İstirahət günlərində milli parklarda hava necə olacaq?

İstirahət günlərində, sentyabrın 7-8-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Göygöl milli parkında əsasən yağmursuz hava şəraiti gözləyir.
 
Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.
 
Şahdağ milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.
 
Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-25° isti olacaq.
 
Samur-Yalama milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-29°isti olacaq.
 
Şirvan milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.
 
Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 29-31° isti olacaq.
 
Qızılağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 28-30° isti olacaq.
 
Hirkan milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-30° isti olacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
moderator.az

10Mənbələr