AZ

Ermənistan və Gürcüstan Putinin həbsinə order verilməsini dəstəkləyib

Ermənistan

Ermənistan və Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini dəstəkləyən Avropa Şurasının bəyannaməsini imzalayıb. Sənəd AŞ-nin saytında dərc olunub.Assosiasiyanın mətbuat xidmətinin məlumatına görə, bəyannamədə Ukrayna münaqişəsi ilə bağlı ən mühüm ədalət məsələlərinin həlli prinsipləri öz əksini tapıb. Litvanın sədrliyi ilə keçirilən iclasda AŞ-yə üzv və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi qəbul ediblər. Orada sadalanan prinsiplər məsləhət xarakteri daşıyır.Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr dəstəkləyib. Eyni zamanda Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya da sənədi dəstəkləməkdən çəkiniblər.Eltun Məmmədov

Diqqət Çəkənlər

İnternetdən pul qazanmağın yolları

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Soyuq su içməyin faydası varmı?

Seçilən
82
ulusum.az

1Mənbələr