Bu ilin yanvar-avqust aylarında Rusiyanın büdcə kəsiri 331 milyard rubl (3,6 milyard dollar) olub.
İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.
Səkkiz aylıq dövrdə Rusiyanın büdcə gəlirləri 255,5 milyard dollar, xərcləri isə 259,1 milyard dollar təşkil edib. Bu dövrdə Rusiyanın neft və qaz gəlirləri isə 7,55 trilyon rubl (83,75 milyard dollar) təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.
Gözəl Həşimova