AZ

Azərbaycanın daha 2 cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının daha 2 qızıl medal qazanıblar.

Prosport.Az xəbər verir ki, yarışın 2-ci günündə Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kq) fəxri kürsüyə qalxıblar.

Qələndərzadə finalda bolqarıstanlı Dimitar Qospodinovu, Şükürov isə gürcüstanlı Aleksandre Loladzeni üstələyib.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
29
prosport.az

10Mənbələr