AFFA Gənclər Liqasında keçirilməli olan "Universal Football Academy" - "Kəpəz" qarşılaşmasında hər iki komandanın forması eyni rəngdə olduğu üçün oyun baş tutmayıb.
Meydan sahibləri hələ tam peşəkar deyil. Onların formamasının olmaması başa düşüləndir. "Kəpəz" niyə belə problemlə üzləşib?
Klubun mətbuat katibi Azad Mustafayev Offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:
"Mövsümün əvvəli olduğu üçün hələ ki, formalarımızın yalnız bir dəsti hazırdır. Digəri isə hazırlanmaqdadır. Bu səbəbdən oyuna bir forma ilə gedilib. Rəqib komandanın da forması eyni rəngdə olduğuna görə icazə verilməyib. Bu səbəbdən də oyun təxirə salınaraq başqa vaxta keçirilib".